Veb hostinq xidmətlərində qiymət dəyişikliyi

Çərşənbə axşamı, Sentyabr 29, 2026

Hörmətli müştərilər,

AzerData olaraq uzun müddətdir ki, xidmətlərimizin qiymətlərini mümkün qədər sabit saxlamağa və artan xərcləri müştərilərimizə minimum səviyyədə əks etdirməyə çalışırıq.

Lakin son dövrdə server avadanlıqları, RAM və SSD/NVMe yaddaş qurğuları, infrastruktur və digər texniki resursların qiymətlərində əhəmiyyətli artımlar baş verib. Bununla yanaşı, serverlərin saxlanılması və xidmətlərin fasiləsiz, stabil və təhlükəsiz şəkildə təmin edilməsi ilə bağlı ümumi xərclər də artıb.

Mövcud xidmət keyfiyyətimizi, server resurslarını və infrastrukturun dayanıqlığını qorumaq məqsədilə veb hostinq xidmətlərimizin qiymətlərində dəyişiklik etməyə məcbur olmuşuq.

Bu qərarı mümkün qədər gecikdirməyimizin əsas səbəbi mövcud müştərilərimiz üçün qiymətləri uzun müddət dəyişməz saxlamaq və artan xərcləri öz üzərimizdə qarşılamaq istəyimiz olub.

Qiymət dəyişikliyi mövcud və yeni xidmət paketlərinə tətbiq olunacaq. Aktiv xidmətlər üzrə yeni qiymətlər növbəti yenilənmə tarixindən etibarən qüvvəyə minəcək.

AzerData olaraq əsas məqsədimiz yalnız xidmət təqdim etmək deyil, müştərilərimizə stabil server infrastrukturu, etibarlı xidmət və uzunmüddətli texniki dəstək təmin etməkdir.

Göstərdiyiniz etimada və anlayışınıza görə təşəkkür edirik.