SSL nədir?
SSL sizin saytınızın rəqəmsal vəsiqəsidir. Saytınızda SSL bağlantının olması sayt və brauzer arasında gedən məlumat mübadiləsinin mühafizə edilmiş kanal üzərindən olmasının sübutudur. SSL-sertifikatla qorunan sayt imkan verir ki, müştəri və sayt arasında gedən məlumatlar şifrələnsin. Bundan əlavə məlumat həmçinin rəqəmsal imza ilə də mühafizə edilir. Bu onun konfidensiallığını və təhlükəsiz bağlantısına zəmanət edir.
- Brauzerlə server arasında təhlükəsiz bağlantı təmin edir.
- Müştəri tərəfindən ötürülən məlumat qorunması üçün şifrələmə aparır.
- Brauzerdə sayt ünvanının yanında kilid işarəsini yerləşdirir.
- Təşkilatın həqiqiliyini yoxlayır.
Standart SSL (domen doğrulanması) ən sadə və ən geniş yayılmış SSL sertifikat növüdür. OV və EV sertifikatları isə şirkət və ya təşkiların həqiqilini yoxlayaraq istifadəçilərə daha çox güvənli mühit yaradır.
SSL sertifikat xidmətlərimiz * ilə hər il yeni sertifikatları konfiqurasiya etmək və yerləşdirmək üçün əllə addımlar atmağa ehtiyac olmayacaqdır. Sertifikatınız qüvvədə olma müddəti bitəndə avtomatik olaraq yenilənmə əmri yaradırıq. Ödənişdən sonra yeni sertifikatınızı avtomatik olaraq sazlayacağıq, təsdiqləyəcəyik və sizin üçün təmin edəcəyik.
* Domeniniz SSL sertifikatı satan eyni host provayderi vasitəsilə yerləşdirilməli və server cPanel, Plesk və ya DirectAdmin istifadə etməlidir.