Almaniya serverlərində planlanlı texniki baxış

 Çərşənbə axşamı, Sentyabr 10, 2024

Salam,

Sizlərə Azerdata host provayderinin Almaniya mövqeli serverlərində aparılacaq texniki işlər barədə məlumat vermək istəyirik.

Texniki işlərin təfərrüatları:

  • Tarix: 10.09.2024
  • Başlama vaxtı: 23:59 (Bakı vaxtı ilə)
  • Təxmini müddət: 30 dəqiqə

Bu müddət ərzində xidmətinizdə qısa fasilələr (təxminən 30 dəqiqəyədək) yarana bilər. Biz bu işləri mümkün qədər tez və minimal təsirlə həyata keçirməyə çalışacağıq.

Yarana biləcək hər hansı narahatlığa görə üzr istəyirik. Bu texniki işlər xidmətimizin keyfiyyətini və etibarlılığını artırmaq məqsədi daşıyır.

Hər hansı sualınız olarsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

Anlayışınız üçün təşəkkür edirik.

 

Hörmətlə, Azerdata Komandası